Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişib.
APA xəbər verir ki, o, bu gün saat 13:00-da ailəsinin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Nazirliyi tərəfindən "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.
Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.