Onlar da narkotikə görə saxlanıldılar

Onlar da narkotikə görə saxlanıldılar
31 yanvar 2026
# 11:00

Türkiyəli aparıcı Hasan Can Kaya və “Reynmen” ləqəbi ilə tanınan müğənni Yusuf Aktaş saxlanılıb.

Kulis.az xəbər verir ki, onlar da son günlər Türkiyədə aparılan narkotiklə bağlı əməliyyat çərçivəsində tutulublar.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Hasan Can Kaya və Yusuf Aktaşla yanaşı 5 nəfər də saxlanılıb.

Xatırladaq ki, daha əvvəl bu istintaq çərçivəsində aralarında Hadise, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlunun da olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.

# 71 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər