Sabirabadda “İkinci həyat” adlı kitab sərgisi keçiriləcək

Sabirabadda “İkinci həyat” adlı kitab sərgisi keçiriləcək
10 yanvar 2024
# 18:40

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2024-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq, Sabirabad rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsi, “Hophopnamə” Kitab Mərkəzi və “Mücrü” nəşriyyatının təşkilatçılığı ilə Sabirabad şəhərində “İkinci həyat” adlı kitab sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, regionlarda mütaliəyə olan marağın artırılması məqsədilə 12 yanvar tarixində “Hophopnamə” Kitab Mərkəzi baş tutacaq sərgi saat 11-dən 6-ya qədər davam edəcək.

Qeyd edək ki, sərgidə nümayiş olunan bütün kitablar 1-2 manatlıq şərti qiymətlə satışa çıxarılacaq.

Hər kəsin kitabı olacaq!

# 976 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #