Kulis.az yazdıqlarına, fikirlərinə görə sonradan üzr istəyən sənət adamlarının siyahısını təqdim edir.
Vaqif Səmədoğlu – 88-ci ildə, Meydan hərəkatı vaxtı tribunaya çıxıb Səməd Vurğunun Lenin, Stalin haqda yazdığı şeirlərə görə üzr istəmişdi.
Rafiq Tağı – Eks-prezident Əbülfəz Elçibəy barədə yazdığı xoşagəlməz cümlələrə görə.
Qəşəm Nəcəfzadə - Oğlu, yazar Kəramət Böyükçölün Xəlil Rzadan yazdığı statusa görə, Xəlil Rzanın qohumu, qiraətçi Kamran Yunisdən üzr istəmişdi.
Ayxan Ayvaz – Anar və AYB haqda səsləndirdiyi sərt fikirlərə görə.
Kəramət Böyükçöl – Xəlil Rzadan yazdığı statusa görə.
Elçin Əlibəyli – Maral Tahirqızını efirdə təhqir etdiyi üçün.
Elşad Barat – Mikayıl Müşfiq haqda yazdığı səs-küylü statusa görə.
Əlixan Rəcəbov – Çəkdiyi “Sonuncu şam yeməyi” filmində dindarların heysiyyətinə toxunduğu üçün.