"Azərbaycan tarixi" intaqram səhifəsində Erməni dram truppasının 1900-cü ildə Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevə verdiyi medalın fotosunu paylaşılıb.
Kulis.az xəbər verir ki, fotonu və məlumatı səhifədə Tağıyevin nəticəsi Riçard Petrov paylaşıb.
Məlumatda qeyd olunub:
"Hacıya bu medalı erməni truppasına öz teatrında pulsuz və öz dillərində çıxış etmələrinə icazə verdiyinə görə hədiyyə edilmişdi. 1918-ci ildə Tağıyev teatrının binası erməni daşnaklar tərəfindən yandırılır. Çörəyi dizində olan ermənilərə edilən yaxşılıq onlar tərəfindən bu cür dəyərləndirilir".