Oktay Kaynarcadan pis xəbər

Oktay Kaynarcadan pis xəbər
29 may 2023
# 16:25

Türkiyəli məşhur aktyor Oktay Kaynarca qidadan zəhərlənib.

Kulis.az lent.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı aktyorun özü təsdiqləyib.

Ötən gün "Bebek"də obyektivlərə əks olunan aktyor zəhərlənməsi ilə bağlı açıqlama verib. O, qidadan zəhərlənərək xəstəxanaya yerləşdirildiyini və mədəsinin yuyulduğunu deyib.

Qeyd edək ki, xəbəri təsdiqləyən Kaynarca, hadisənin harada və niyə olduğunu deməyib. Oktay Kaynarca iyunun ortaları kimi tətil planının olduğunu bildirib.

# 4074 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #