"Məndə sığar iki cahan" Tallində nümayiş olunacaq

"Məndə sığar iki cahan" Tallində nümayiş olunacaq
26 noyabr 2019
# 18:47

Noyabrın 26-da Nəsiminin 650 illiyinə həsr olunmuş “Məndə sığar iki cahan” kompazisiyası Estoniyanın Tallin şəhərində nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Estoniya Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Estoniyaya qastrol səfərinə yola düşən aktyor heyyəti Talinin Ratruş zalında Nəsiminin 650 illiyinə həsr olunmuş “Məndə sığar iki cahan” kompazisiyasını nümayiş etdirəcək.

Qeyd edək ki, kompasiziyada Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Vasif Ayan, Tural Əhməd, rejissor Namiq Ağayev və başqaları iştirak edir.

# 2223 dəfə oxunub

Müəllifin son yazıları

# # #