"O, Xarqo idi" sənədli filmi Parisdə nümayiş etdirildi

"O, Xarqo idi" sənədli filmi Parisdə nümayiş etdirildi
25 iyun 2024
# 11:30

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş “O, Xarqo idi” adlı sənədli filmi nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, sənədli filmin nümayişi Azərbaycan səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

AR Mədəniyyət Nazirliyinin “Salnaməfilm” kinostudiyasının istehsal etdiyi sənədli filmin təqdimatında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perren və Şantal Puare, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, “O, Xarqo idi” sənədli filminin ssenaristi və rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tahir Tahiroviç və Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov, fransız siyasətçiləri və incəsənət xadimləri, azərbaycanlı diplomatlar, eləcə də yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən sonra tədbirdə iştirak edən “O, Xarqo idi” sənədli filminin ssenaristi və rejissoru Tahir Tahiroviç əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən keçirilən silsilə tədbirlər çərçivəsində bu filmin lentə alınmasından, onun yaranma ideyasından, ekran əsərində hər bir hadisənin arxiv materiallarına əsaslanmasından, filmin ərsəyə gəlməsindən və məqsədlərindən bəhs edib.

# 562 dəfə oxunub

Müəllifin son yazıları

# # #