Jurnalistlərdən bəhs edən film “ən yaxşı” oldu

Jurnalistlərdən bəhs edən film “ən yaxşı” oldu
29 fevral 2016
# 11:57

Oskar mərasimində “Ən yaxşı film” nominasiyasında mükafat “Spotlight” filminə verildi. Kulisin hurriyet.com.tr-yə istinadən verdiyi məlumata görə rejissor Tom Macartynin ssenarisini Josh Singerlə birlikdə yazdığı film araşdırmacı qəzet qrupu “The Boston Glube”dən bəhs edir.

Real hadisələr əsasında çəkilən filmdə Mark Ruffalo, Michael Keaton, Rachel McAdams, John Slattery, Stanley Tucci, Brian d'Arcy James, Liev Schreiber və Billy Crudup kimi ulduz aktyorlar yer alıb.

88-ci Akademiya mükafatlarında 6 nominasiyada namizəd olan film “Ən yaxşı ssenari” nominasiyasında da qalib olub.

# 1124 dəfə oxunub

Müəllifin son yazıları

# # #