Nurziya Xəlilovanın fərdi sərgisi açıldı

Nurziya Xəlilovanın fərdi sərgisi açıldı
6 aprel 2024
# 12:00

Bakıdakı Rus evinin fotoklub layihəsi çərçivəsində Nurziya Xəlilovanın “Gəl. Əbədi nağıl göstərəcəyəm” adlı fərdi fotosərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, sərgi Sankt-Peterburqa və Leninqrad vilayətinə həsr edilib.

“Mövzuya köklənmə həddinə yüksələ bilmək heç də təəccüblü görünməməlidir, çünki fotoşəkillərin müəllifinin ixtisası məhz landşaft memarlığıdır”, - məlumatda bildirilib.

Nurziya Xəlilovanın landşaftlarla işləmək qabiliyyətinin özəlliyini sərginin qonaqlarından biri, peşəkar fotoqraf Rüstəm Hüseynov da qeyd edib.

Qeyd edək ki, sərgiyə gələn tamaşaçılar təqdim olunan fotoşəkillərə böyük maraq göstəriblər.

# 563 dəfə oxunub

Müəllifin son yazıları

# # #