Nobel həftəsinin tarixləri bəlli oldu

Nobel həftəsinin tarixləri bəlli oldu
6 sentyabr 2023
# 13:55

Bu il Nobel həftəsi 2-9 oktyabr tarixlərində baş tutacaq.

Kulis.az APA-ya istinadən xəbər verir ki, fiziologiya və ya tibb sahəsi üzrə mükafatın qalibi oktyabrın 2-də, fizika üzrə oktyabrın 3-də, kimya üzrə oktyabrın 4-də, ədəbiyyat üzrə oktyabrın 5-də, sülh nominasiyası üzrə oktyabrın 6-da, iqtisadi elmlər üzrə isə oktyabrın 9-da elan ediləcək.

Qeyd edək ki, fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası, sülh nominasiyası üzrə mükafat Norveç Parlament Komitəsi, digərləri isə İsveç Kral Akademiyası tərəfindən təqdim edilir.

Xatırladaq ki, mükafatların elan olunma mərasimi hər il dekabrın 10-u Stokholmda keçirilir.

# 971 dəfə oxunub

Müəllifin son yazıları

# # #