“Nindza tısbağalar" yeni seriya ilə qayıdır

“Nindza tısbağalar"  yeni seriya ilə qayıdır
11 avqust 2025
# 11:09

“Nindza tısbağalar: Mutant qarışıqlığı”nın uğurunun ardından seriya yeni tammetrajlı film ilə davam edəcək.

Kulis.az xəbər verir ki, yaradıcılardan Kevin İstmen nitqində Co Manqanellonun yeni filmdə “Casey Jones” obrazını canlandırmaq istədiyini açıqlayıb.

Onun sözlərinə görə, aktyor uzun illərdir “Nindza tısbağalar"ın pərəstişkarıdır və layihə üçün bir neçə foto da təqdim edib.

Qeyd edək ki, sözügedən davam filminin 2027-ci ildə ekranlara çıxması planlaşdırılır.

# 171 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər