“SpaceX” şirkətinin qurucusu İlon Mask onu tənqid edən əməkdaşlarını qanunsuz olaraq işdən çıxarmaqda ittiham olunur.
“APA-Economics”in xarici mediaya istinadən xəbərinə görə, 2022-ci ildə iş yerində müşahidə olunan problemlərlə əlaqədar olaraq İlon Maska açıq məktub yazan “SpaceX” şirkətinin 8 əməkdaşı işdən qovulduqları üçün məhkəməyə üz tutublar. Əməkdaşlar belə bir yazılı məktubu pis niyyətlə yazmadıqlarını deyiblər. Onlar iş yerində mövcud olan problemlərin aradan qaldırılması məqsədi ilə İlon Maskın ünvanına belə bir məktub yazdıqlarını bildiriblər.
Amerikanın Milli Əmək Münasibətləri Şurası İlon Maskı işçilərin hüquqlarını pozmaqda təqsirləndirib.
Qeyd edək ki, növbəti məhkəmə prosesi martin 5-ə təyin edilib. Məhkəmə əmək qanunvericiliyinin pozulduğunu təsdiqləyərsə, həmin işçilər yenidən işlərinə geri qaytarılacaq və işsiz qaldıqları aylara görə onların aylıq əmək haqqısı ödəniləcək.
Xatırladaq ki, İlon Mask bundan öncə də müxtəlif ittihamlarla məhkəməyə verilib.
İlon Mask məhkəməyə çıxacaq
Müəllifin son yazıları
“Bəy-gəlinin toya daxil olması ilə bağlı yeni bir layihə üzərində işləyirəm” - Babək Niftəliyevlə müsahibə
15:03
19 may 2026
"Bacara biləcəyin şeyləri etməmək cinayətdir..." - "Kubanın müstəqillik həvarisi"ndən aforizmlər
15:00
19 may 2026
"Gülçöhrə və Əsgər" pyesinin təhlilinə həsr olunan monoqrafiya nəşr olundu
14:30
19 may 2026