“Ədəbi Azadlıq” şeir və hekayə müsabiqəsi başlayır

“Ədəbi Azadlıq” şeir və hekayə müsabiqəsi başlayır
28 yanvar 2014
# 14:45

“Ədəbi Azadlıq” şeir və hekayə müsabiqəsi bu il də keçiriləcək.

Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzalı.az-da təşkil ediləcək müsabiqəyə hər kəs qatıla bilər.

Amma müsabiqəyə indiyəcən internet məkanında çap edilməmiş əsərlər qəbul ediləcək (sosial şəbəkələr və şəxsi bloqlar istisna olmaqla).

Hekayə və şeirlər üçün heç bir mövzu məhdudiyyəti olmayacaq.

Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Bu ilki müsabiqənin mükafatları fərqli olacaq. Mükafatçılar hədiyyələrini özləri seçə biləcəklər.

1-ci yeri tutan yazar iPhon, yaxud Notebook

2-ci yerın sahibi Netbook, yaxud videokamera

3-cü yerin sahibi isə E-book reader, yaxud fotoaparatla mükafatlandırılacaq.

Müsabiqəyə təqdim edilən əsərlər ötən illərdə olduğu kimi münsiflərə imzasız təqdim olunacaq.

Müsabiqənin şərtləri və əsər qəbulunun nə vaxt başlanacağı haqda ətraflı məlumatı fevralda oxuzalı.az-da gözləyin.

oxuzalı.az

# 2858 dəfə oxunub

Müəllifin son yazıları

# # #