Rusiyalı rejissor Nikita Mixalkov müğənni Alla Puqaçovanın Rusiya Federasiyasına səfəri barədə danışmaqdan imtina edib.
Kulis.az Rusiya KİV-ə istinadən xəbər verir ki, rejissor noyabrın 16-dan 18-dək keçirilən IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda jurnalistlərin Puqaçova ilə bağlı sualını cavabsız qoyub.
“O, mənim üçün maraqlı deyil".
Buna baxmayaraq, o, müğənniyə can sağlığı arzuladığını bildirib.
Qeyd edək ki, Puqaçova noyabrın 2-də Rusiyaya qayıdıb.