Mir Cəlal Paşayevin kitabı alman dilinə tərcümə edildi

Mir Cəlal Paşayevin kitabı alman dilinə  tərcümə edildi
18 oktyabr 2023
# 10:26

Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı Almaniyanın tanınmış Erqon-Nomos nəşriyyatının Bibliotheca Academica - Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap edilib.

Kulis. az xəbər verir ki, Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib.

Qeyd edək ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” əsəri Almaniyanın milli biblioqrafiyasına daxil edildi.

# 739 dəfə oxunub

Müəllifin son yazıları

# # #