Neyləyirəm o ürəyi - Bəxtiyar Vahabzadə

Neyləyirəm o ürəyi - Bəxtiyar Vahabzadə
20 iyun 2024
# 18:40

Kulis.az Bəxtiyar Vahabzadənin "Ürək" şeirini təqdim edir.

Ürək odur daim yana,
Od püskürə alovlana.
Od vermirsə qəlbə, cana
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.

Əgər ki, sevinib gülmür,
Döyüntüsün heç kim bilmir,
Çırpıntısı eşidilmir
Demək o, heç ürək deyil.
O heç mənə gərək deyil.

Vətəniyçün lazım gəlsə
Polad kimi gərilməsə,
Torpağına sərilməsə
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.

Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!

# 597 dəfə oxunub

Müəllifin son yazıları

# # #