Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunacaq

Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunacaq
18 mart 2023
# 16:30

Mart ayının 26-da Dövlət Gənc Tamaşaçılar Teatrı “Dəcəl keçi” tamaşası ilə Sumqayıt Dram Teatrında qastrol səfərində olacaq.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan qastrol səfərində Pərvin Nurəliyevanın “Dəcəl keçi” adlı əsəri əsasında səhnələşdirilən tamaşa nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludır.

Tamaşada rolları Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Eyvaz İbrahimov və Vahid Orucoğlu canlandırırlar.

Qeyd edək ki, kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.

# 2419 dəfə oxunub

Müəllifin son yazıları

# # #