Nəsimi Nəbizadə AzTV-də işə düzəldi

Nəsimi Nəbizadə AzTV-də işə düzəldi
5 iyul 2023
# 16:14

Kulis.az xəbər verir ki, tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə qayıdıb.

Jurnalist bundan sonra AzTV-də Xəbərlər redaksiyasında çalışacaq:

“Saytınıza müsahibəmdən sonra bir sıra iş təklifləri aldım. Yenidən AzTV-yə qayıtdım. Bunun üçün hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, N.Nəbizadə müsahibəsində jurnalistikadan uzaqlaşdığı son 3-4 ildə başına gələnlərdən, üzləşdiyi çətinliklərdən danışmış, yenidən jurnalistikaya qayıtmaq arzusunda olduğunu bildirmişdi.

N.Nəbizadə uzun illər AzTV-də xəbər aparıcısı olaraq işləyib. Oradan uzaqlaşdıqdan sonra APA İnformasiya Agentliyində fəaliyyət göstərib.

Bakupost.az

# 5620 dəfə oxunub

Müəllifin son yazıları

# # #