Nazirlik rejissorla kinoteatr arasındakı qalmaqala münasibət bildirdi

Nazirlik rejissorla kinoteatr arasındakı qalmaqala münasibət bildirdi
7 dekabr 2023
# 18:40

Bir neçə gün öncə rejissor Emil Quliyev müəllifi olduğu filmin Nizami Kino Mərkəzində nümayişindən əldə olunan gəliri ala bilməməsi və mərkəzin həmin vəsaiti kommunal xərclərə sərf etməsi barədə özünün sosial media hesabında tənqidi yazı yazmışdı.

Kulis.az xəbər verir ki, məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab kimi bildirilib ki, Nizami Kino Mərkəzi təsərrüfat hesablı müəssisədir.

“Nazirliklə mərkəz arasında hər hansı maliyyə öhdəliyi və asılılığı yoxdur. Mərkəz öz fəaliyyəti ilə bağlı müstəqil qərarlar verir. Mövcud qanunvericiliyə əsasən, təsərrüfat hesablı müəssisələrin saxlanılması dövlət büdcəsi hesabına həyata keçirilmir. Təsərrüfat hesablı müəssisələr bir qayda olaraq öz xərclərini, məhsul, mal satışı və ya xidmətlərdən əldə etdikləri pul vəsaiti ilə ödəyir və mənfəət əldə edirlər”, - deyə cavabda qeyd olunub.

# 803 dəfə oxunub

Müəllifin son yazıları

# # #