Filarmoniyanın səhnəsində piano və cello axşamı

Filarmoniyanın səhnəsində piano və cello axşamı
13 mart 2024
# 09:09

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Piano & Cello” musiqisi axşamı keçirilib.

Kulis.az xəbər verir ki, konsertdə Səidə Tağızadə (piano) və Lizi Ramişvili (cello, Gürcüstan) çıxış ediblər.

Qeyd edək ki, proqramda A.Rzayevin “Düşüncə”, S.Tsintsadzenin “Pyeslər”, R.Schumanın “Fantastik pyeslər”, C.Debussynin “Sonata” (d-moll) və J.Brahmsın “1 saylı sonata” (op.38) əsərləri səsləndirilib.

# 757 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #