Nazirlik: Aygün Bəylərin ölüm xəbəri həqiqəti əks etdirmir

Nazirlik:  Aygün Bəylərin ölüm xəbəri həqiqəti əks etdirmir
6 yanvar 2024
# 22:40

Azərbaycan Respublikasının Əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

"Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub", - o deyib.

# 789 dəfə oxunub

Müəllifin son yazıları

# # #