Yazıçı Natəvan Dəmirçioğlunun I, II Qarabağ savaşına, 44 günlük Vətən Müharibəsindəki Zəfərimizə həsr olunan "Açar" romanının təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, görüşdə millət vəkilləri, ziyalılar, ictimai xadimlər, yazıçılar, oxucular iştirak edib.