Həmid Herisçi Hacı Qamətin iradlarıyla razılaşdı

Həmid Herisçi Hacı Qamətin iradlarıyla razılaşdı
22 yanvar 2013
# 10:30

Həmid Herisçinin ANS-də yayımlanan “Sirli Azərbaycan” verilişinə qapadılmış “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanovdan təpki gəlib. Öz moizəsində o, teleproqramda söylənənləri nağıl adlandırıb. Əslində “Sirli Azərbaycan”ı bəyənməyən təkcə vəhabi ruhanisi deyil. “Sirli Azərbaycan”ı mistikaya, sehrə meylli teleməhsul adlandıran başqa şəxslər də var.

Xatırladaq ki, ANS-in ən baxımlı 5 verilişindən biri olan “Sirli Azərbaycan”da pirlər, ziyarətgahlar, onların kəraməti, mahiyyəti və tarixi haqqında danışılır. Lakin bəzi din xadimləri və ziyalılar Həmid Hersiçini elmilikdən kənar süjetlər hazırlamaqda suçlayır.


Modern.az-a açıqlamasında telelayihənin aparıcısı verilişin mistikaya bələnməsi haqda iradlarla razılaşdı.


“Mən bununla razıyam. Əgər elmdən kənar deyirlərsə, bu səhvdir. Çünki mistikanın özü də bir elmdir. Bu verilişlə Azərbaycan efir məkanına parapsixologiyanın ilk qaranquşlarını gətirdik. İndi Avropanın efir məkanlarında əsas maraq yaradan proqramlar məhz bu cür proqramlardır. Şou-biznes artıq tarixdə qaldı və bu çoxları üçün maraqlı deyil. “Sirli Azərbaycan” efir məkanında şou-biznesə zərbə vurdu. Bu münasibətlə Azərbaycan tamaşaçısını təbrik edirəm”.

Elmin NURİ, modern.az

# 3735 dəfə oxunub

Müəllifin son yazıları

# # #