Napoleonun brilyant broşu 3,5 milyon dollara satıldı

Napoleonun brilyant broşu  3,5 milyon dollara satıldı
13 noyabr 2025
# 15:00

Napoleon Bonapartın Vaterloo döyüşündən sonra itirdiyi brilyant broş Cenevrədə keçirilən "Sotheby’s" hərracında 3,5 milyon dollara satılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu məbləğ onun ilkin qiymətindən 14 dəfə yüksək olub.

Təxminən 1810-cu ildə hazırlanmış broşun əsas brilyantı 13,04 karatdır, ümumilikdə isə üzərində 100 qədim daş var.

Tarixi məlumatlara görə, bəzək Napoleona məxsus olub və prussiya əsgərləri onu Vaterloo məğlubiyyətindən sonra tapıblar.

Qeyd edək ki, broş uzun illər şəxsi kolleksiyada saxlanıldıqdan sonra ilk dəfə satışa çıxarılıb.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər