Musa Yaqub haqqında kitab çap olunub - Foto

Musa Yaqub haqqında kitab çap olunub - Foto
4 oktyabr 2021
# 16:56

Xalq şairi Musa Yaqubun həyat və yaradıcılığı haqqında kitab çap olunub.

Kulis.azın verdiyi xəbərə görə, “Tərəddüdün yaşıdı” adlanan kitab indilərdə "Qanun" nəşriyyatında işıq üzü görüb.

Kitabın müəllifi Fərid Hüseynin sözlərinə görə, Musa Yaqubun arxivindən və çoxsaylı materiallardan bəhrələnərək, hazırladığı kitabda şair haqqında oxuculara bəlli olmayan faktlar da yer alıb.

Yaxın günlərdə kitabın təqdimat mərasimi keçiriləcək.

May be an image of 1 person and book

# 2984 dəfə oxunub

Müəllifin son yazıları

# # #