Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı
25 dekabr 2025
# 12:40

Bu gün tarix üzrə elmlər doktoru, Azərbaycan Milli Tarix Muzeyinin direktoru, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlının 85 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Nailə Vəlixanlının zəngin həyat yolu və elmi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kulis.az xəbər verir ki, elektron məlumat bazasında Nailə xanımın həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərlə yanaşı, “Açılmamış səhifələrin tədqiqatçısı”və “Xoş məramlı alim” məqalələrinin tam mətni yer alır.

Elektron bazada Nailə Vəlixanlının baş redaktoru, baş və elmi məsləhətçisi, ixtisas redaktoru, “Ön söz” müəllifi, mətn müəllifi və tərtibatçısı olduğu nəşrlərin, məqalələrin, eləcə də onun haqqında qələmə alınan kitab və dövri mətbuat nümunələrinin siyahıları təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Nailə xanımın müsahibə və tərcümələri də yer alır.

Elektron bazada “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərə təqdim olunur.

Hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər