Nadir Yalçının kitabı Ədəbiyyat İnstitutunda müzakirə ediləcək

Nadir Yalçının kitabı Ədəbiyyat İnstitutunda müzakirə ediləcək
26 yanvar 2026
# 10:53

Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində yazıçı Nadir Yalçının “Lal ev” kitabının müzakirəsi olacaq.

Kulis xəbər verir ki, “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində ilin ilk müzakirəsi “Müasir hekayənin gənclər modeli" mövzusunda keçiriləcək.

Qeyd edək ki, müzakirə 27 yanvar — sabah 12:00-da AMEA-nın 4-cü mərtəbəsində, 465-ci otaqda təşkil ediləcək.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər