Kitab festivalında dava düşdü - Bakıda

Kitab festivalında dava düşdü - Bakıda
23 aprel 2018
# 10:17

Xəbər verdiyimiz kimi 22 aprel saat 16-da Aken Group, CNK Colleges və ADO Teatrının təşkilatçılığı ilə II Bakı Kitab Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, festivalda yeni çıxan kitabların sərgisi ilə yanaşı tanınmış yazıçı və şairlərdən Qurban Yaquboğlu, Şərif Ağayar, Kənan Hacı, Kəramət Böyükçöl, Emin Akif, Əsəd Qaraqaplan, Tural Turanla görüş keçirilib.

Gənc şairlərin şeir oxuması ilə başlanan tədbirdə sonradan qalmaqal yaşanıb. Festivala bir az gec gələn Həmid Herisçi Rafiq Tağıdan danışarkən Əsəd Qaraqaplan onun çıxışına müdaxilə edib və onlar arasında mübahisə başlayıb. Mübahisəyə etiraz edən iştirakçıların bir qismi tədbiri tərk edib.

Bundan sonra qonaqlar da dağılışıb və tədbir bitib.

# 1089 dəfə oxunub

Müəllifin son yazıları

# # #