Mustafa Kurt: "Türkiyədə ciddi yazıçı və rejissor çatışmazlığı var"

Mustafa Kurt:  "Türkiyədə ciddi yazıçı və rejissor çatışmazlığı var"
11 aprel 2023
# 15:31

"Həm dünyada, həm də Türkiyədə ciddi yazıçı və rejissor çatışmazlığı var".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatr İdarəsinin baş direktoru Mustafa Kurt “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı deyib.

Mustafa Kurt Türkiyənin bu sahədə təcrübəsini bölüşüb: "Biz mümkün olduğu qədər Avropaya öz yazıçılarımızı tanıtmaq üçün müəyyən təşəbbüslər göstəririk. Buna görə də bizim teatr repertuarlarımızın 60 faizi məhz öz yazıçılarımızın, öz rejissorlarımızın məhsulu olur. Bu, çox vacib bir məsələdir. Son 5 ildə isə xarici turlara getdiyimiz zaman məhz yerli yazıçı və rejissorların repertuarına üstünlük veririk".

# 953 dəfə oxunub

Müəllifin son yazıları

# # #