Tanınmış yazıçılarımız nə işlə məşğuldur? - Sorğu

Tanınmış yazıçılarımız nə işlə məşğuldur? - Sorğu
22 mart 2021
# 10:01

Kulis.az tanınmış yazıçılarımızın pandemiya dövründə yaradıcılıqlarının nə yerdə olduğu ilə maraqlanıb. Cavabları təqdim edirik. Eyni zamanda sorğyda iştirak edən və etməyən bütün ədəbiyyat adamlarını Novruz bayramı münasibəti ilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq.

Anar

Anar — Vikipediya

2019-cu ildə “Söz dünyası” adlı ikicildliyim çıxıb, indi onun üçüncü cildi üzərində işləyirəm. Bundan əlavə, mənim 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “Şəhərin qış gecələri” pyesim əsasında ötən ilin əvvəlində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında eyni adlı tamaşa hazırlandı. 2020-ci ilin mart ayında isə “Yaşamaq haqqı” adlı kitabım çapdan çıxdı. Orada bir sıra dövrləri əhatə edən yazılarım var.

Afaq Məsud

Yeni yaşınız mübarək, Afaq Məsud!

Hal-hazırda yeni heç nə üzərində işləmirəm. İşlərim həddindən artıq çox olduğundan yeni heç nə yazmıram.

Nəriman Həsənzadə

Nəriman Həsənzadə: O poemaya görə həyat yoldaşımı itirdim… – Yenicag.Az

Çoxlu şeirlər yazdım. “Azərbaycan”, “Respublika”, “Ədəbiyyat qəzeti”ində çap olundu. Poemam, sağ olsun Bəxtiyar müəllim (Bəxtiyar Sadıqov - red.), “Azərbaycan” qəzetində dərc etdirdi. Elə onun əsasında indi pyes hazırlanır.

Aqil Abbas

Aqil Abbas:Bakıdan birdəfəlik Ağdama köçəcəyəm

Qələbəmizə aid bir əsərim var. Film üçün nəzərdə tutulub. İnşallah çəkdirəcəm. Özü də çox əziyyətlə yazmışam. Bu “Dolu”dan da güclü olmalıdır. Olmasa, cırıb ataram. Aprel döyüşlərindən sonra bu günü, yəni qələbəmizi görüb yazmışam. Adı da yəqin ki, elə “Dolu-2” olacaq.

Əlisəmid Kür

Əlisəmid Kür – seçmə şeirlər | Amal ədəbiyyat və incəsənət dərgisi

Dəyərli yazıçımız Afaq Məsud mənə deyib, bir kitabımı hazırlayım, mən də hazırlamışam. Çap olunacaq. Mən bir az o cəhətdən xəsisəm, istəyirəm, kitabın sanbalı olsun. Oxucu özü istəməlidir, gözləməlidir.

Nərmin Kamal

Nərmin Kamal — Vikipediya

Çoxdan bir kitab üzərində işləyirəm. Martda bitirməli idim. Amma hələ də yazıram.

Pərviz Cəbrayıl

Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı

Bəzən mənə elə gəlir, Azərbaycanda yazıçıya “nə yazırsınız” yox, “necə yazırsınız” sualı verilməlidir. Həm də bir qayda olaraq. Yəni bizdə əsas nə yazmaq deyil, nəyi, necə yazmaqdı. Oturub bu “necə” sualına verilən cavabları oxusaq, əminəm ki, ağlı başında, məntiqi, ürəyi üstündə olan hər kəs düşünmədən yazıçılarımızın qəhrəman olduğunu deyər. Ancaq “necə”yə cavab verməyin özü üçün də bir roman yazmaq lazımdı. Bəs o romanı necə yazmaq olar? Bu sualın cavabı da daha bir roman istəyir. Kəsəsi, yazırıq, nəsə yazırıq, ancaq necə yazırıq, bunu bir biz bilirik, bir də heç kim. Mən də yeni bir roman işləyirəm. Qeydlər, axtarışlar, forma... Bunların hamısını tapmaq asandı, daha doğrusu, bir yazıçı üçün çətin olmamalıdır bu, tapılmayan vaxtdır, yüklənməmiş başdır, şahə qalxmayan əsəblərdir. Deyim ki, pulu tapmaq da asandır, deyə bilmirəm. Ancaq deyim ki, ürəyimdən tikan çıxarası bir romanı “necə” yazmaqla məşğulam. Onsuz da mənim o tikanın çıxmağından başqa bir qazancım yoxdur. Necə deyərlər, Allah kərimdir, görək axırı necə olur.

Rəbiqə Nazimqızı

Sizə ən çətin sualı verirəm: Dunqa kimdir? – Rəbiqə Nazimqızı yazır »  Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Mən bilirsiz ki, daha çox şeir yazıram. Bundan əlavə də, tərcümə-redaktəylə məsğulam, yəni mətndən ayrı düşmək kimi şanssızlığım yoxdur. Üçüncü şeir kitabım ötən il çıxıb, yeni kitab üçün də yeni şeirlər çoxdur. Amma Azərbaycan Tərcümə Mərkəzinin nəşr etdiyi "Çətirlərin qiyamı" adlı son kitabımı məlum səbəblərdən normal şəkildə təqdim etməmişəm deyə, hələlik, yenisini çıxarmaq barədə düşünmürəm. Bir də, real-avtobioqrafik bir silsilə yazıram, bu, eksperimental nəsrdir, yaşana-yaşana yazılır yəni. Onun da taleyi necə olacaq, bəlli deyil.

Şərif Ağayar

Bizimkilər - Şərif Ağayar: “Başqa şansım yox idi, yazmaq məni xilas elədi”  - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Fikrimdə iki roman var. İkincinin ideyası torpaqlarımızın azad edilməsi səbəbi ilə ön plana keçdi. Əvvəl hekayə kimi düşünmüşdüm, sonra gördüm, bədii materialı boldur, roman kimi yazmaq qərarına gəldim. Hazırda layihə-eskiz üzərində işləyirəm. Çox güman, bu ildən yazmağa başlayacam. Əvvəlcədən bircə onu deyim ki, romanı müharibədən qorxanlara ithaf olunur.

Aqşin Yenisey

Aqşin Yenisey: "Din tanrı qədər şeytana da borcludur” – Söhbət

Hazırda biri esselər, biri hekayələr, biri də şeirlər olmaqla üç kitabım hazırdır. Onların redaktəsi ilə məşğulam. Yəqin, Bakıya qayıtdıqdan sonra bir-bir çapa göndərəcəyəm.

Fərid Hüseyn

Şair Fərid Hüseyn ailə qurur

“Min bir gecə” nağılları haqqında “Şahı uyudan bizi oyadan nağıllar” adlı kitab yazıram. Eyni zamanda, “Rindü-zahid” əsəri barədə “Həqiqət susqunu” adlı yazı üzərində işləyirəm, bu məqalə yaxın illərdə nəşrini planlaşdırdığım “Füzulinamə” adlı kitabımın bir hissəsi kimi nəzərdə tutulur.

Bundan başqa, “Nizami söhbətləri” adlı müsahibələr kitabı hazırlayıram. Bu kitabda 15 müsahibə yer alacaq. “Nizami Gəncəvinin əsərlərindəki qadın surətləri” adlı kitabı isə tərtib və redaktə edərək çapa yollamışam.

Son aylarda yazdığım yeni şeirlərimsə dövrü mətbuatda dərc ediləcək.

Sahilə Yaya

Bir layihə üzərində çalışıram. Paralel olaraq ssenari yazıram, bir studiyadan sifariş almışam. Vaxt qalanda, keçən il başladığım romana da nəzər salıram.

Şəhriyar del Gerani

No description available.

Çoxdan qeydlərini etdiyim hekayələri yazıram, köhnə hekayələrlə bərabər üzü yaza kitablaşdırmağı düşünürəm. Yeni şeirlər var, yayımlamaq istəmirəm hələ. Həftəlik verilişlərimi yazıram “Real TV”-də, onlara da yazı kimi baxıram, yaradıcılıq tələb edir nədən ki. Ümumi mənzərə aydındır hamımıza. Nə vaxta qədər ölkədə nəşriyyat yoxdur, ciddi bir layihə etməyi düşünmürəm. Belə...

Etimad Başkeçid

Etimad Başkeçid - “Dost”, “dost” deyə-deyə...

Bu günlərdə «Tövrat»ın tərcüməsini bitirdim. Bu işə xeyli əmək qoydum, xeyli də vaxtım getdi. «Tövrat» kimi mürəkkəb mətnlər xüsusi tərcümə praktikası tələb edir: adekvatlıq və şəffaflıq prinsiplərini qoruya bilmək üçün böyük bir tədqiqat işi aparmalı olursan. Üstəlik mətnin bəzi parçaları müxtəlif dillərə müxtəlif cür tərcümə olunub, hətta rus dilinə 5-6 tərcüməsində də fərqlər var. Odur ki, «Tovrat»ın bilicisi ravvin Aydın bəylə saysız-hesabsız məsləhətləşmələr aparmalı oldum. Nəticədə, məncə, gözəl tərcümə alınıb. İnşallah, Rüstəm Kamal redaktor kimi oxuyub ön söz yazandan sonra, yaxınlarda nəşr olunacaq.

Bu günlərdə Nizaminin «Xosrov və Şirin» əsərinin filoloji tərcüməsinə başlayacağam. Farscadan hərfi tərcüməsini Əli Şükrü eləyir. Nizaminin “Sirlər Xəzinəsi”ndən bir parça mənim tərcüməmdə «Kulis»də çap olundu. Mütəxəssislərin və oxucuların reaksiyasından razıyam. Odur ki, ölməyib sağ qalsaq, payızda “Xosrov və Şirin”in tərcüməsini bitirməyi planlaşdırıram.

Çoxdan yazdığım romanı ötən ilin dekabrında bitirmişəm. İndi oxuyuram, sonluğu ürəyimcə deyil. Onu yenidən işləyəndən sonra verəcəm hissə-hissə çap olunsun. “Min yol mənə söylər” romanının rus dilinə tərcüməsinin redaktəsi də uzanır. Onu Moskvada jurnalların birində çap eləməyə söz veriblər. Görək nə olur. Yəni iş çoxdur.

# 3759 dəfə oxunub

Müəllifin son yazıları

# # #