Musa Cəlilin 120 illiyi münasibətilə sənədli film çəkilir

Musa Cəlilin 120 illiyi münasibətilə sənədli film çəkilir
14 avqust 2025
# 16:00

Tanınmış tatar şair Musa Cəlilin 120 illiyi münasibətilə sənədli film çəkilir.

Kulis.az xəbər verir ki, “Musa Cəlil. Şair və qəhrəman” adlı layihənin çəkilişləri şairin doğulduğu Orenburq vilayətində aparılacaq.

Film 2026-cı ildə təqdim olunacaq və VQTRK kanalında yayımlanması planlaşdırılır.

Filmin əsas ideyası Musa Cəlilin həyat və yaradıcılığını müxtəlif bölgələr kontekstində təqdim etmək və onun vətənpərvərliyini yeni nəsillərə çatdırmaqdır.

Qeyd edək ki, layihə üzərində işlər artıq beş ildir ki, davam edir.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər