ADTM Tərcümə Agentliyinin təşkilatçılığı ilə kitab sərgisi keçiriləcək

ADTM Tərcümə Agentliyinin təşkilatçılığı ilə kitab sərgisi keçiriləcək
1 noyabr 2023
# 16:00

"Heydər Əliyev İli" münasibəti ilə 2, 3 və 4 noyabr tarixlərində Sabir bağında ADTM Tərcümə Agentliyinin təşkilatçılığı ilə kitab sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, kitaba, ədəbiyyata, mütaliəyə sevgi aşılanması məqsədilə sərgidə Azərbaycan və dünya ədəbiyyatı nümunələri, uşaq nağılları və ensiklopediyalar, lüğət və sözlüklər, eləcə də digər fərqli formatlı nəşrlərin nümayişi və güzəştli satışı həyata keçiriləcək.

Noyabrın 2-dən etibarən səhər saat 10:00-dan 19:00-dək açıq olacaq sərgidə axşam saatları tanınmış yazıçı və şairlərlə görüşlər və imza saatları da təşkil ediləcək.

# 895 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #