Mühacirətdə olan yazıçı vəfat etdi

Mühacirətdə olan yazıçı vəfat etdi
22 mart 2022
# 11:15

Rusiya yazıçısı İosif Aleşkovski 93 yaşında dünyasını dəyişib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, yazıçı Amerikanın Tampa şəhərində vəfat edib. Onun ölüm səbəbi məlum deyil.

1929-cu ildə Krasnoyarsk vilayətində anadan olan Aleşkovski 1959-cu ildən ədəbi yaradıcılığa başlayıb.

1979-cu ildə Amerikaya mühacirət edən yazıçı daha çox “Kenquru”, “Moskvada ölüm” əsərləri ilə məşhurluq qazanıb.

# 1604 dəfə oxunub

Müəllifin son yazıları

# # #