“Mücrü”dən bayram sürprizi – 500 kitab pulsuz paylanacaq

“Mücrü”dən bayram sürprizi – 500 kitab pulsuz paylanacaq
19 mart 2026
# 15:42

“Mücrü” nəşriyyatı Novruz və Ramazan bayramı münasibətilə oxucular üçün xüsusi aksiya elan edib.

Kulis.az xəbər verir ki, nəşriyyat ümumilikdə 500 kitabı hədiyyə olaraq ayırıb.

Bildirilib ki, layihə sosial xarakter daşıyır və əsas məqsəd kitabların aztəminatlı ailələrə çatdırılmasıdır.

Kitablar 23-30 mart tarixlərində nəşriyyatın ofisindən təqdim olunacaq.

Oxucular hədiyyələri Zərgərpalan küçəsi 117/5 ünvanından (Nizami metrosunun yaxınlığı) əldə edə bilərlər.

Əlaqə üçün: +994555028932, +994554610720

İş saatları isə həftəiçi günlərdə 10:00-dan 18:00-dəkdir.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər