Xalq yazıçısının oğlu akademiyaya rektor təyin edildi

Xalq yazıçısının oğlu akademiyaya rektor təyin edildi
26 dekabr 2014
# 18:58

Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib. Lent.az-ın məlumatına görə, prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, T.Əfəndiyev xalq yazıçısı İlyas Əfəndiyevin oğlu, baş nazirin müavini Elçin Əfəndiyevin isə qardaşıdır. O, daha əvvəl Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub.

# 977 dəfə oxunub

Müəllifin son yazıları

# # #