"Mortal Kombat 2" filmi çəkilir

"Mortal Kombat"

"Mortal Kombat"

27 yanvar 2022
# 16:00

"Mortal Kombat" ekran əsərinin davamı olan "Mortal Kombat 2"nin çəkilişlərinə başlanıldığı rəsmi olaraq açıqlanıb.

Kulis.az xəbər verir ki, Amerikanın "New Line Cinema" və “Warner Bros” kinostudiyaları 2021-ci ildə nümayiş olunan "Mortal Kombat" ekran əsərinin davamı olan "Mortal Kombat 2"nin çəkilişlərinə başlanıldığını rəsmi olaraq açıqlayıb.

Filmdə Kol pul üçün döyüşən, keçmişindən və özünə qalan mirasından xəbəri olmayan biridir. Bu sırada İmperator Şanq Tsunq ən güclü adamı Sub-Zeroya Kolu məğlub etməsi üçün əmr verir. Ailəsinin təhlükəsizliyindən narahat olan Kol, Sonya Bleydi axtarmağa başlayır. Bu ərəfələrdə Kol özünü Lord Reydenin məbədində tapır. Reyden filmdə Yer səltənətinin tanrısı və qoruyucusu kimi təsvir edilir.

Qeyd edək ki, "Mortal Kombat 2" ekran işini "Ay cəngavəri" (“Moon Knight”) filminin müəllifi Jeremy Slater qələmə alıb.

# 1605 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #