Bu mahnı "Youtube"da yeni rekord qırdı: Yarım saata 12 milyon baxış - Video

Bu mahnı "Youtube"da yeni rekord qırdı: Yarım saata 12 milyon baxış - Video
21 avqust 2020
# 16:04

Dünya şöhrətli qrup yarım saat ərzində 12 milyon izlənildi.

Kulis.az türk mətbuatına istindən xəbər verir ki, Cənubi Koreya qrupu BTS 2020-ci ildə maraqla gözlənilən “Dinamit” mahnısını təqdim edib. Youtube kanalına yerləşdirilən qrupun mahnısı tarixi uğur əldə edərək yarım saat ərzində 12 milyon izləyici tərəfindən izlənilib.

Musiqinin yayımlanmasından bir az sonra qrup üzvləri internet vasitəsi ilə mətbuat konfransı keçirərək dünyanın bir çox yerindən onlar üçün ünvanlanan sualları cavablandırıblar.

# 2990 dəfə oxunub

Müəllifin son yazıları

# # #