Misir Xurqadasında suyun altında muzey yaradılır

Misir Xurqadasında suyun altında muzey yaradılır
3 avqust 2023
# 17:33

Qırmızı dəniz əyalətinin qubernatoru, general-mayor Əmr Hənəfi suyun altında ilk muzeyin yaradılması planlarını açıqlayıb. Muzey turistlərə Xurqadada divinq və snorkelinq üçün üç alternativ yer təklif edəcək və Qırmızı dənizin ətraf mühiti və Qoruqlar Nazirliyi ilə əməkdaşlığa hazırlaşır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, o, həmçinin özündə iki məqsədi birləşdirəcək - turistlərin təhlükəsizliyini təmin edərək onları əyləndirmək və Qırmızı dənizin təbii mərcan riflərini qoruyub saxlamaq.

Bu məqsədlə suyun altına yerləşdirilən nəqliyyat vasitələri turistləri cəlb edən yeni görməli yerlər olacaq. Misir məmurları vəd edirlər ki, muzeydə turistlər gizlədilmiş xəzinə və dəniz canlılarını aşkar edə bilərlər. Muzeyin açılışı gələn cümə axşamına planlaşdırılıb.

# 826 dəfə oxunub

Müəllifin son yazıları

# # #