Vaqif Bayatlının ŞEDEVRİ

Vaqif Bayatlının <span style="color:red;">ŞEDEVRİ
16 iyul 2017
# 14:00

Kulis.az “Bazar oxusu” layihəsindən Vaqif Bayatlının şedevrlərindən hesab olunan “Mən zalım adamam, kamança” şeirini təqdim edir.

Qardaşım ağaclar, bacım çiçəklər,

bir də söz tutdu sizi,

söz tutdu, sevda qurutdu,

üz tutub yüyürməyin mənə sarı,

bağlanıb gözümün

yaş qapaqları.

Dünyanın bəla qapıları

qala qapıları, daş qapıları,

yetim qapıları, boş qapıları

bağlanıb könlümə, bağlanıb

bağlanıb gözümün yaş qapaqları

Mən söz bəlasıyam,

zalım tifili.

Sürüşüb alnımdam tanrının əli

daha sən də

sən də ağladammazsan məni

mən zalım adamam, kamança.

Digərləri:

Ramiz Rövşənin 20 ilə tamamladığı sevgi şeiri

Nüsrət Kəsəmənlinin "Getmək istəyirtsən..." şeiri

Nəriman Həsənzadənin “Nə qəribədir” şeiri

Musa Yaqubun “Taleyin qisməti” şeiri

Əlisəmid Kürün “Kentavr” şeiri

Salam Sarvanın “Bağışla, otağim tör-toküntüdü” şeiri

Zəlimxan Yaqubun “Yavaş yeri” şeiri

# 6514 dəfə oxunub

Müəllifin son yazıları

# # #