Yazıçı Mirmehdi Ağaoğlunun “Zəfərin iziylə” kitabının təqdimat mərasimi keçiriləcək.
Kulis.az xəbər verir ki, təqdimat bu gün saat 18:00-da "LIBRAFF"ın "Park Akademiya" filialında (Elmlər Akademiyası m/s-nın əsas girişi ilə üzbəüz) keçiriləcək.
Kitaba müəllifin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hazırladığı reportajlar daxildir.
- Ağır səhnələri ilə yadda qalan filmlər - Siyahı
- "Məryəm" Altın Portakal festivalında yarışacaq
- Yan tütəyi
Oxucular kitabda 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizin mövcud durumu, eləcə də düşmən vəhşilikləri nəticəsində Qarabağda yerləşən tarixi-mədəni abidələrin, yaşayış məntəqələrinin, şəhərlərin düşdüyü acınacaqlı vəziyyətlə tanış ola bilərlər.
Qeyd edək ki, təqdimat 20:00-a kimi davam edəcək.
Təqdimat mərasimi və imza gününə hər kəs dəvətlidir.