Polşa fondu Bakıda müsabiqə elan etdi

Polşa fondu Bakıda müsabiqə elan etdi
11 iyul 2020
# 14:51

Polşada keçirilən “Billboards Art Moves” 13-cü İncəsənət Festivalı çərçivəsində reklam lövhələri müsabiqəsi elan olunub.

Kulis.az xəbər verir ki, müsabiqə Polşanın Torun şəhərində yerləşən Rusz Fondu tərəfindən təşkil olunur.

Bu ilin mövzusu - “Epidemiyalar qlobal fəlakət, cəza, yoxsa özünüzü və dünyanı yenidən kəşf etmək fürsətidir?”.

Beynəlxalq münsiflər heyəti tərəfindən seçilən ən yaxşı 10 iş sentyabr-oktyabr aylarında Torun şəhərində xüsusi məkanda çap edilərək sərgilənəcək.

Müsabiqənin qalibinə pul mükafatı veriləcək. Ətraflı məlumatı festivalın saytından http://artmovesfestival.org əldə etmək olar./azertag.az/

# 1963 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #