Milad filmlərinin məşhur aktyoru vəfat etdi

Milad filmlərinin məşhur aktyoru vəfat etdi
24 iyun 2023
# 14:00

Finlandiyalı aktyor Kunto Oyansivu 64 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.

Oyansivu 22 dekabr 1959-cu ildə Rovaniemidə anadan olub. O, çoxlu pyeslər yazıb. Sənətçinin ekran debütünü 1979-cu ildə edib.

1990-cı illərdən müxtəlif filmlərdə, teleseriallarda rol almağa başlayıb. "Elf Tolyante Milad tapmacası" serialında oynadığı Elf Tolyante rolu ilə məşhurlaşıb.

Onun Tolyanter obrazı filmlərdə Santanın sağ əlidir.

# 780 dəfə oxunub

Müəllifin son yazıları

# # #