Bu kitabı əkirsən, bitir - FOTOLAR

Bu kitabı əkirsən, bitir - <span style="color:red;">FOTOLAR
12 oktyabr 2016
# 13:51

Ağaca çevrilən kitab istehsal edilib. Belə ki, ağacdan yaradılmış bu maraqlı kitab yenidən ağaca çevriləcək.

Argentinada mütəxəssislər tərəfindən xüsusi üsulla hazırlanmış "Atam meşədəydi" (Mi Papá Estuvo en la Selva) adlı uşaq kitabı oxunduqdan sonra torpağa əkilir və bir neçə həftə müddətində ağaca çevrilir.

İstehsalında təbii mürəkkəb və turşusuz kağızdan istifadə edilmiş bu kitab Argentinada 8-12 yaş arası uşaqlara təbii resursların əhəmiyyətini anlatmaq üçün hazırlanıb. Təbiəti sevməyi, qorumağı şüurlu şəkildə uşaqlara təlqin edəcək bu kitabın başqa bir məqsədi daha var. Bu məqsəd isə uşaqlara kitabların da onlarla bərabər böyüyə biləcəyini göstərməkdir.

Mütəxəssislərin bu qeyri-adi kəşfi uşaqlara yalnız təbiəti qorumağı deyil, eyni zamanda təbiətlə mənəvi ünsiyyət qurmağı, bağlılıq yaratmağı təmin etmək bacarığı da qazandırır. Oxuduqları kitabın yenidən təbiətə qayıdışını izləmək və özləri ilə bərabər günbəgün böyüyən bir kitap-ağacı izləmək uşaqlara ecazkar bir təcrübə imkanı verir. /moderator.az /

Ağaca dönüşen kitap üretildi

# 762 dəfə oxunub

Müəllifin son yazıları

# # #