Mifologiya qəhrəmanları gerçəkdir? - Naxçıvandakı qazıntıların nəticələri

Mifologiya qəhrəmanları gerçəkdir? - Naxçıvandakı qazıntıların nəticələri
28 mart 2024
# 18:50

Kişilər kimi döyüşən və ov edən qadın döyüşçülər miflərdə təsvir olunsa da, arxeoloqlar onların həqiqətən mövcud olduğuna dair sübutlar aşkar ediblər.

Kulis.az xəbər verir ki, tanınmış tədqiqatçı və arxeoloq Betteni Hüqes Naxçıvanda qazıntılar zamanı qadınların ox ucluqları, tunc xəncər və gürz kimi silahlarla, habelə zinət əşyaları ilə dəfn edildiyini aşkar edib.

Hüqesin sözlərinə görə, skeletlərdən bəziləri qadınların yay və oxlardan geniş istifadə etdiklərini göstərir:

“Oxlardan çox istifadə etdikləri üçün barmaqları əyilib. Barmaq oynaqlarındakı dəyişikliklər təkcə ov nəticəsində baş verə bilməz. Davamlı döyüş təcrübəsinin təsirinə məruz qalıb".

Qeyd edək ki, 2019-cu ildə Rusiyada ox ucları və nizələrlə birlikdə basdırılmış dörd qadın döyüşçünün sümükləri, 2017-ci ildə ayağına ox ucluğu batan qadının qalıqları, 1990-cı illərin əvvəllərində Qazaxıstan sərhədi yaxınlığında xəncərlə basdırılmış qadın sümükləri tapılıb.

# 840 dəfə oxunub

Müəllifin son yazıları

# # #