“Mevlana" serialının yayım tarixi bəlli oldu

“Mevlana" serialının yayım tarixi bəlli oldu
14 iyun 2023
# 11:00

Mövlana Cəlaləddin Ruminin həyatından bəhs edən “Mevlana” serialının yayım tarixi məlum olub.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, ekran işi iyunun 16-da TRT-1-də yayımlanacaq.

Serialda Mövlana Cəlaləddin-i Rumi obrazını aktyor Bülent İnal canlandırır.

Prodüserliyini Ahmet Okur və Kerim Ayyıldız, rejissorluğunu isə Can Ülkay edən serialın rejissorluğunu məşhur italyan operatoru Cesare Danese edir. Serialın ssenarisini Venesiya Film Festivalında “Gələcəyin Aslanı” mükafatı laureatı Əli Aydın yazıb.

Mevlana" dizisinin yayın tarihi belli oldu

# 1017 dəfə oxunub

Müəllifin son yazıları

# # #