"Metropolis" serialının çəkilişləri başlamadan bitdi

"Metropolis" serialının çəkilişləri başlamadan bitdi
21 iyun 2023
# 16:45

Fritz Lanqın 1927-ci ildə çəkdiyi klassik "Metropolis" filminin serial ekranizasiyası istehsal prosesi başlamadan dayandırılıb.

Kulis.az xəbər verir ki, buna səbəb artan xərclər və ssenaristlərin tətili göstərilib.

"Cənab Robot" serialının yaradıcısı Sem Esmail uzun müddət idi ki, "Metropolis"in serial versiyası üzərində işləyirdi. Briana Middletonun baş rolda olduğu serialın çəkilişləri tezliklə Avstraliyada başlayacaqdı.

Futuristik bir dünyada qurulan “Metropolis”də işçilərin yer altında çətin bir həyat sürdüyü və hakim sinfin rahat yaşadığı qaranlıq bir gələcəkdən bəhs olunur.

# 725 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #