Elçin Hüseynbəyli “Ədəbiyyat”a gəlməyindən danışdı

Elçin Hüseynbəyli “Ədəbiyyat”a gəlməyindən danışdı
27 mart 2014
# 15:56

Yazıçı Elçin Hüseynbəyli “Ədəbiyyat” qəzetinin baş redaktoru təyin olunmasına münasibət bildirib.

O, Kulis.az-a verdiyi açıqlamada qərarı müsbət qarşıladığını söyləyib:

“Qərarı müsbət qarşılayıram. Amma hələ geniş bir şey deyə bilmərəm. Bildiyiniz kimi qəzetə qarşı çoxlu tənqidlər vardı. Çalışacağam etimadı doğruldum, nöqsanları aradan qaldırım. İşlə hələ tam tanış olmamışam deyə, kadr dəyişikliyi ilə bağlı nəsə deyə bilmərəm”

Elçin Hüseynbəyli məlumat verib ki, gələn həftənin birinci günü bununla bağlı brifinq keçiriləcək.

# 2139 dəfə oxunub

Müəllifin son yazıları

# # #