Məşhur yazıçı Al Paçino ilə rejissorluq debütünü elan etdi

Məşhur yazıçı Al Paçino ilə rejissorluq debütünü elan etdi
25 fevral 2023
# 11:20

Məşhur detektiv yazıçı Nik Pizzolatto Al Paçino ilə rejissorluq debütünü elan edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Nik Pizzolattonun özünü ilk dəfə rejissor kimi sınayacağı "Waltz Easy" dram filmində Al Paçinodan başqa, Monaqan və Simon Rex (Rocket Red) də çəkilib. Filmin ssenarisi də yazıçının özünə məxsusdur.

Süjetin mərkəzində unudulmuş sənətçilərlə birlikdə Las-Veqasa səyahətə çıxan uğursuz komediyaçı olacaq.

Filmin prodüseri Margo Handdır. Çəkilişlərin başlanması və filmin yayımlanacağı tarix hələ açıqlanmayıb.

# 1043 dəfə oxunub

Müəllifin son yazıları

# # #