Məşhur serialın ilk görüntüsü yayıldı - Video

Məşhur serialın ilk görüntüsü yayıldı - Video
3 fevral 2024
# 14:00

Cənubi Koreyanın məşhur “The Squid Game” serialının ikinci mövsümünün ilk rəsmi görüntüləri, eləcə də tanıtım çarxı yayımlanıb.

Kulis.az xəbər verir ki, tizerdə məşhur serialın baş qəhrəmanı Song Ki-hoon hava limanından çıxarkən telefonda “Mənə nəyin bahasına olursa olsun səni tapacağam” ifadəsini deyir. Qəhrəman ölümcül oyunun təşkilatçılarını tapmağa qərar verir. Qərb mətbuatının yazdığına görə, ikinci mövsümün süjetinə görə, layihənin əsas personajları yenidən böyük məbləğdə pul uğrunda mübarizə aparacaqlar.

Serialın ikinci hissəsinin bu il təqdim olunacağı bildirilsə də, dəqiq tarix açıqlanmayıb.

Qeyd edək ki, “The Squid Game”in ilk mövsümü 2021-ci ilin payızında çıxıb və bütün dünyada izlənmə rekordu qırıb. İlk 28 gündə filmə ümumilikdə 1,65 milyard saat baxılıb.

# 418 dəfə oxunub

Müəllifin son yazıları

# # #